RƏYLƏR
http://hafizmirza.com/
2010 Dekabr
Mən bir İslam inanclı yazar olaraq virtual aləmin imkanlarından geniş istifadə etməyə çalışıram. Bu bəzən real dünyanı üstələyir də. Təxminən beş il bundan əvvəl özümün Web səhifəmi açanda da bütün dünyaya rahat inteqrasiya olunmağı düşündüm. Bu işdə mənə sayt dizaynerləri, proqramçılar və hostinq provayderi çox kömək göstərdi. Mən YER Hostinq Provayderinin rəhbərliyinə və Rəşad Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Ötən illər ərzində bizim çox səmimi əməkdaşlığımız yarandı. Hətta bir neçə digər kənar provayderlər mənə daha yaxşı texniki imkanlar, geniş reklam şəbəkəsi, virusdan mühafizə və sair təklif etsələr də mən öz favorit hostinq provayderimi dəyişmədim. Çünki əmin idim ki, onlar tədricən öz müşhtərilərinin - bizim saytların geniş reklam şəbəkəsini qura və onları daha geniş arenada tanıda biləcək yeni imkanlar yaradacaqlar. Həm də ötən illər ərzində bizim aramızda heç bir narazılıq olmadı. Hətta bir dəfə mənim saytımı özləri virusdan tamam təmizlədilər. Son illər YER Hostinq Provayderi bir neçə dəfə öz texniki imkanlarını genişləndirmişdir. Mən bir yazar olaraq bunu alqışlayıram. Əminəm ki, YER Hostinq Provayderinin yaranan yeni saytında bu məsələ əsas nəzərdə saxlanılacaq və provayder öz ətrafına daha çox istifadəçi toplayacaq! Yeni saytın vasitəsilə mən düşünürəm ki, digər saytlara həm də dizayn əlavələri təqdim olunacaq, qüsurları barəsində xəbər veriləcək, aradan qaldırılma yolları göstəriləcək və bütün saytlara YER Hostinqin öz giriş sayğacı qoyulacaq. Mən bütün bu kimi fikirlərin və hətta bizim bilmədiyimiz digər xidmətlərin də yeni sayt vasitəsilə göstəriləcəyinə əminəm. Çünki YER Hostinq Provayderində çalışan gənclərin potensialina inaniram!
Uğurlu olsun!
Hafiz Mirzə (yazıçı-publisist)
http://aikido.az/
2011 Yanvar
Bizim idman cəmiyyətinin saytı indiyədək bir neçə hostinq şirkətində yerləşdirilmişdir. Amma, müəyyən problemlər çıxdığından YER Hostinq Provayderinə keçməyi qərara almışıq. YER Hostinq Provayderi dayanmadan və keyfiyyətli xidmət göstərir. Bundan sonra da yeni layihələrimizin veb saytlarını YER Hostinq Provayderinin serverlərində yerləşdirəcəyik.
Sizə də YER Hostinq Provayderini seçməyi tövsiyyə edirik.
Adil Əliyev (IT şöbəsinin rəhbəri)
http://jobsearch.az/
2010 Dekabr
YER Hostinq Provayderində keyfiyyət yaxşıdır, sürət də pis deyil, məsləhətdir.
İlham Həsənov, IRES - Managing Director
Zamin İsmayılov
2010 Dekabr
Neçə ildir ki, saytlarım Yer Hostinq Provayderindədir. Hələ indiyə kimi heç bir problemim olmayıb. Müştəri heç vaxt zəng edib mənə demirki spam var, mail işləmir, sayt açılmır, sayt gec açılır. Ona görə seçimim Yer Hostinq Provayderidir.
Zamin İsmayılov - Web Usta, Proqramçı
De Jure hüquq portalı
2010 Dekabr
YER Hostinq Provayderi barədə çoxlu-çoxlu yazmaq olar.
Həm geniş imkanları, həm e-poçtu, həm ətraflı statistikası, dil versiyaları haqqında yaza bilərdik.
Lakın hər bir işdə prioritetləri seçmək zəruridir.
Bizim üçün prioritetlər hostinqin təhlükəsizliyi təmin etmək imkanları, yaranan çatışmamazlıqların operativ həlli və ondan rahat istifadəsi olmuşdur. Bütün bunları biz burda tapdıq. Xüsusilə öyrənmək imkanları (videomateriallar vasitəsilə) çox cəlb edicidir və kənar şəxslərə əlavə sual vermədən üzə çıxan suallara tezliklə cavab tapa bilirsən.
Ramil Qaçayev - De Jure təşəbbüs qrupu
